Geri

30 iyun 2018-ci il saat 21:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 5 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

30 iyun 2018-ci il saat 20:30-dək:

Cəlilabad rayonunun Mirzəli kəndində 6 ha biçilməmiş və 3 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonunda ümumi sahəsi 150 m² olan talvarın lambirdən ibarət tavanı, altında dayanmış "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları və salonu yanmışdır. Avtomobilin və talvarın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Goranboy rayonunun Todan kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Evə bitişik ümumi sahəsi 40 m² olan köməkçi tikili yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2018-ci il saat 19:45-dək:

Beyləqan rayonunun Qaradağlı kəndində 2 ha biçilməmiş və 9 ha biçilmiş arpa sahəsi yanmışdır. Yaxınlıqdakı digər biçilməmiş əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2018-ci il saat 19:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 3 azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

30 iyun 2018-ci il saat 19:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Müqtədir qəsəbəsində dənizdə 1 nəfərin batdığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.

Geri

30 iyun 2018-ci il saat 19:00-dək:

Abşeron rayonunda "Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Beyləqan rayonunun Yuxarı Çəmənli kəndində "KAMAZ" markalı yük avtomobilinin qoşqusunun təkərləri və qoşquya yığılmış 9 ton ot bağlamasının 7 tonu yanmışdır. Qoşqunun qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonunun Topalhəsənli kəndində "KAMAZ" markalı yük avtomobilinin yanar hissələri, banına yığılmış 1,5 ton ot bağlamasının 1 tonu və kol-kosdan ibarət hasar 35 p.m sahədə yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2018-ci il saat 16:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

30 iyun 2018-ci il saat 15:00-dək:

Bakı şəhərinin Xəzər rayonunda üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 35 m² olan 1 otaqlı mənzildə ev əşyaları və 1 ədəd pəncərə çərçivəsi 5 m² sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2018-ci il saat 14:00-dək:

Oğuz rayonunun Böyük Söyüdlü kəndində "Komatsu" markalı buldozerin mühərriki və kabinasının yanar hissələri yanmışdır. Buldozerin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2018-ci il saat 12:00-dək:

Qobustan rayonunun Sədəfli kəndində 300 m² sahədə kol-kos, 1 ha biçilməmiş və 3 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı ev və 800 ha biçilməmiş taxıl sahəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2018-ci il saat 10:00-dək:

30.06.2018-ci il tarixində dənizdə batdığı ehtimal olunan 1995-ci il təvəllüdlü Qarayev Müşfiq Mübariz oğlunun axtarışları başa çatmışdır. M.Qarayevin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.​

Geri

30 iyun 2018-ci il saat 08:15-dək:

Göyçay rayonunun Qaraməryəm kəndində “Chevrolet” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2018-ci il saat 03:45-dək:

Qusar rayonunun Gədəzeyxur kəndində həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Şəmkir rayonunun Əliyaqublu kəndində fermanın ərazisinə yığılmış 4 ton ot bağlamasının 2 tonu və 5 m2 sahədə taxta tullantıları yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Goranboy rayonunun Qaracinar kəndində həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Füzuli rayonunun Bala Bəhmənli kəndində ümumi sahəsi 64 m2 olan yardımçı tikilinin qamışdan ibarət dam örtüyü 16 m2 sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda həyətyanı ərazidə 2000 m2 sahədə quru ot, 40 ədəd meyvə ağacı, ümumi sahəsi 100 m2 olan 1 mərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 1 m2 sahədə, yaxınlıqdakı 2 ədəd bağ sahəsində 320 m2 quru ot və taxta tullantıları yanmışdır. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Sabirabad rayonunun Əlicanlı kəndində ümumi sahəsi 200 m2 olan talvarın taxta atmaları 120 m2 sahədə və altına yığılmış 15 ton ot bağlamasının 7 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində 14 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Lənkəran şəhərinin Yuxarı Nüvədi kəndində ümumi sahəsi 80 m2 olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 8 ton ot bağlamasının 6 tonu yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2018-ci il saat 02:15-dək;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəki şəhərində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

30 iyun 2018-ci il saat 00:45-dək:

Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində həyətyanı ərazidə quru ot 20 m2 sahədə və ümumi sahəsi 70 m2 olan tövlənin yanar konstruksiyaları 20 m2 sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində ümumi sahəsi 15 m2 olan 1 otaqlı mənzilin və eyvanının yanar konstruksiyaları, hər birinin ümumi sahəsi 15 m2 olan digər 1 otaqlı iki mənzilin eyvanlarının yanar konstruksiyaları və beşinci mərtəbədə hər birinin ümumi sahəsi 15 m2 olan 1 otaqlı iki mənzilin eyvanlarının yanar konstruksiyaları (ümumi 35 m2 sahədə) yanmışdır. Yanğın zamanı 11 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Mənzillərin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.