Geri

13 iyun 2018-ci il saat 22:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı mənzilin giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

13 iyun 2018-ci il saat 22:00-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin (tikilməkdə olan) dam örtüyünün taxta atmaları yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonunda 1 ha biçilmiş və 0,5 ha sahədə biçilməmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunmuşdur.Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

13 iyun 2018-ci il saat 21:00-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1700 m² olan boya istehsalı sexinin ərazisinə yığılmış 174 ədəd (hər birinin həcmi 200 litr) olan boya çəlləklərinin 104 ədədi, sexin tavanına vurulmuş şüşə-pambıq üzlüyü 750 m², 2-ci mərtəbəsində sahəsi 60 m² olan 1 otağın yanar konstruksiyaları və içərisinə yığılmış 2 ədəd (həcmi 3 m³) alkid və 1 ədəd (həcmi 5 m³) olan sintetik tiner məhlulu çəlləkləri, 2 ədəd dəzgah və 3 ədəd avtokarın təkərləri yanmışdır. Sexin qalan hissəsi və digər çəlləklər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Geri

13 aprel 2018-ci il saat 19:00-dək:

Salyan rayonunun Qarabağlı kəndində ümumi sahəsi 40 m² olan talvarın altına yığılmış 2,5 ton ot bağlamasının 0,8 tonu yanmışdır. Talvar və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin mətbəxi 6 m² sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

13 iyun 2018-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonu ərazisində boya sexində yanğın baş vermişdir. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə  qüvvələri hadisə yerindədir. Yanğın məhdudlaşdırılmışdır. Ətraf ərazilərə təhlükə yoxdur. Əlavə məlumat veriləcək.

Geri

13 iyun 2018-ci il saat 11:25-dək:

Salyan şəhərində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Geri

13 iyun 2018-ci il saat 11:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.​
Geri

13 iyun 2018-ci il saat 08:45-dək:

Bakı şəhərinin Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən hamam otağının yanar konstruksiyaları və lambirdən ibarət üzlüyü 27 m² sahədə yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

13 iyun 2018-ci il saat 06:10-dək:

Lerik rayonunun Axunahiran kəndində ümumi sahəsi 96 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.