Geri

12 iyun 2018-ci il saat 23:30-dək:

Abşeron rayonunda "Land Rover" və “Opel” markalı iki minik avtomobili toqquşmuşdur. Nəticədə yanğın baş vermişdir. Yanğın nəticəsində “Land Rover” markalı avtomobilin yanar hissələri və ərazidə 100 m² sahədə quru ot yanmışdır. Digər avtomobil yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 iyun 2018-ci il saat 22:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

12 iyun 2018-ci il saat 21:50-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 600 m² olan birmərtəbəli tikilinin (restoran kimi fəaliyyət göstərir) dam örtüyünun yanar konstruksiyaları 30 m² sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 iyun 2018-ci il saat 20:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

12 iyun 2018-ci il saat 17:10-dək:

Cəlilabad rayonunun Qarazəncir kəndində ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları 15 m² sahədə və talvarın altına yığılmış 4 ton ot bağlamasının 1 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 iyun 2018-ci il saat 15:50-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.​

Geri

12 iyun 2018-ci il saat 11:40-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açmış və orada aşkarlanan 1938-ci il təvəllüdlü Rüstəmov Elxan İldırım oğlunun cəsədini aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​

Geri

12 iyun 2018-ci il saat 10:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşmşdur. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.


Geri

12 iyun 2018-ci il saat 06:00-dək:

Ağsu rayonunun Növcü kəndində “KamAZ” markalı yük avtomobilinin qoşqusunun yanar hissələri, qoşquya yığılmış 6,7 ton ot bağlamasının 5 tonu və ətrafda 2 ha kol-kos yanmışdır. Yük avtomobili və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Ağstafa rayonunun Xətai kəndində ümumi sahəsi 600 m2 olan ( hər mərtəbəsi 300 m2 ) 7 otaqlı evin 1-ci mərtəbəsinə yığılmış 50 ton ot bağlamasının 15 tonu yanmışdır. Ot bağlamasının və evin qalan hissəsi yanğından mühafizə olunmşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Ağdaş rayonunun Qaradeyin kəndində həyətyanı sahədə yığılmış 10 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

 

 

Geri

12 iyun 2018-ci il saat 02:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.

 

Geri

12 iyun 2018-ci il saat 01:00-dək:

Ağsu rayonunun Yenilik kəndində 0.6 ha biçilməmiş taxıl sahəsi ə 0.4 ha quru ot yanmışdır. Biçilməmiş taxıl sahəsinin qalan hissəsi və meşə massivi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonunun Sərhədabad kəndində həyətyanı sahəyə yığılmış 2.8 ton ot bağlamasının 1.3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.