Geri

31 may 2018-ci il saat 23:45-dək:

Şəki rayonunun Cumakənd kəndində “QAZ" markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 5 ton ot bağlamasının 1 tonu yanmışdır. Yaxınlıqdakı yanacaq doldurma məntəqəsi və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​
Geri

31 may 2018-ci il saat 20:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

31 may 2018-ci il saat 18:30-dək:

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin eyvanında dolab 5 m2 sahədə yanmışdır. Hadisə zamanı 20 nəfər bina sakini təxliyə olunmuşdur. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilmişdir. Vəziyyəti normaldır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

31 may 2018-ci il saat 16:30-dək:

Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən 15-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli 21 p.m yanmışdır. Hadisə zamanı 35 nəfər bina sakini təxliyə olunmuşdur. Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilmişdir. Vəziyyətləri normaldır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​
Geri

31 may 2018-ci il saat 15:15-dək:

Cəlilabad rayonu ərazisində ümumi sahəsi 12 m2  olan, taxta konstruksiyalardan ibarət köşk yanmışdır. Yaxınlıqdakı meyvə ağacları yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

31 may 2018-ci il saat 15:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 2014-сü il təvəllüdlü Əliyeva Məryəm Emin qızının əli cakuzi vannasının borusunda sıxılmış vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. M.Əliyevanın əli xilasedicilərin köməkliyi ilə dəlikdən çıxarılmışdır. Əməliyyat başa çatmışdır.​

Geri

31 may 2018-ci il saat 14:00-dək:

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 108 m2 olan 2 otaqlı mənzilin mətbəxində mebel 6 m2 sahədə yanmışdır. Yüksək temperaturdan 1 ədəd məişət avadanlığı ərimişdir. Hadisə zamanı 37 nəfər bina sakini təxliyə olunmuşdur. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

31 may 2018-ci il saat 13:40-dək:

Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın söndürülmüşdür.  Əlavə məlumat veriləcək.​
Geri

31 may 2018-ci il saat 13:20-dək:

Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş vermişdir. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Əlavə məlumat veriləcək.​

Geri

31 may 2018-ci il saat 11:30-dək:

Lənkəran şəhərinin Şağlaser kəndində həyətyanı sahəyə yığılmış 14 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

31 may 2018-ci il saat 09:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasının damında daş parçası asılı vəziyyətdə qalmış, bununla da həyətin gediş-gəliş olan hissəsində təhlükəli vəziyyət yaranmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri əməliyyat şəraitini öyrənmişlər. Xilasedicilər bacadan qopan kərpici müvafiq qaydada götürmüş və digər zəruri təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat başa çatmışdır.​
Geri

31 may 2018-ci il saat 08:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.