Geri

16 may 2018-ci il saat 19:00-dək:

Saatlı rayonu, Məmmədabad kəndində “KAMAZ” markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 8 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Geri

16 may 2018-ci il saat 15:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

16 may 2018-ci il saat 12:45-dək:

Quba rayonunda ümumi sahəsi 400 m2 olan anbarın yanar konstruksiyaları 120 m2 sahədə yanmışdır. Anbarın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​​
Geri

16 may 2018-ci il saat 10:00-dək:

Yardımlı rayonu, Vərov kəndində ümumi sahəsi 60 m2 olan tövlənin çardağı 15 m2 sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​
Geri

16 may 2018-ci il saat 08:45-dək:

Cəlilabad rayonu, Əliqasımlı kəndində “Ford” markalı sərnişin avtobusunun yanar hissələri yanmışdır. Yaxınlıqdakı taxıl sahəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Geri

16 may 2018-ci il saat 00:45-dək:

Ucar rayonu, Bağban kəndində ümumi sahəsi 60 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m2 sahədə və içərisinə yığılmış 150 kq ot bağlaması yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Hacallı kəndində həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.