Geri

07 mart 2018-ci il saat 22:00-dək

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Goranboy rayonu, Tatarlı kəndində 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı dərinliyi təqribən 12 metr olan su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Geri

07 mart 2018-ci il saat 21:00-dək

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonu ərazisində ayrı-ayrı ünvanlarda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Hər iki əməliyyat başa çatmışdır.​​

Geri

07 mart 2018-ci il saat 18:30-dək

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Geri

07 mart 2018-ci il saat 17:45-dək:

Salyan rayonu, Çuxanlı kəndində ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 65 m2 olan 2 otaqlı mənzilin 1 otağının tavanı 15 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

07 mart 2018-ci il saat 09:15-dək

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır. ​

Geri

07 mart 2018-ci il saat 09:00-dək

Qax rayonunda ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin zirzəmisində 0,5 kub.m odun və zirzəminin tavanı 1 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

07 mart 2018-ci il saat 05:15-dək

Ağsu rayonu, Gəgəli kəndində ümumi sahəsi 14 m2 olan talvarın yanar konstruksiyaları 12 m2 sahədə yanmışdır. Talvarın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

07 mart 2018-ci il saat 02:30-dək

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində quraşdırılmış elektrik sayğacları və 3 p.m çıxış kabelləri yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m2 olan 3 otaqlı mənzilin mətbəxində 5 m2 sahədə mətbəx mebeli yanmış, yüksək temperaturdan məişət texnikası və lambirindən ibarət tavan 9 m2 sahədə ərimişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

07 mart 2018-ci il saat 02:30-dək

Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin dəhlizinin  lambirdən ibarət tavanı 12 m2  və dəhlizində quraşdırılmış şkaf və içərisindəki əşyalar 6 m2 sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür. ​