Geri

08 fevral 2018-ci il saat 21:15-dək:

Qəbələ rayonu, Vəndam qəsəbəsində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Talvar yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

08 fevral 2018-ci il saat 19:30-dək:

Beyləqan rayonunun Təzəkənd kəndində ümumi sahəsi 433 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə yanmışdır. Tövlənin qalan hissəsi və yaxınlıqda olan ot bağlaması yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

08 fevral 2018-ci il saat 17:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bərdə rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

08 fevral 2018-ci il saat 16:45-dək:

Şabran rayonunun Dəvəçi kəndində ümumi sahəsi 72 m2 olan talvarın yanar konstruksiyaları və altına yığılmış 3 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

08 fevral 2018-ci il saat 16:30-dək:

Qax rayonu, Qaxbaş kəndində hər mərtəbəsi 180 m2  olan üçmərtəbəli 10 otaqlı evin 2 otağının və mətbəxinin yanar konstruksiyaları 95 m2 sahədə yanmışdır. Evin qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

08 fevral 2018-ci il saat 14:00-dək:

Goranboy rayonu, Veyisli kəndində ümumi sahəsi 140 m2 olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 60 m2 sahədə, ikinci mərtəbədə 2 otağın və dam örtüyünün yanar konstruksiyaları 60 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

08 fevral 2018-ci il saat 11:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər.Əməliyyat başa çatmışdır.

Geri

08 fevral 2018-ci il saat 09:00-dək:

Abşeron rayonunda "Mercedes" markalı minik avtomobilinin yük hissəsi və arxa oturacaqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

08 fevral 2018-ci il saat 08:00-dək:

Şəki  şəhəri, Fazıl kəndində ümumi sahəsi 250 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 12 ton ot bağlamasının 7 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Kebeloba kəndində ümumi sahəsi 162 m2 olan birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı 24 m2 sahədə və dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində ümumi sahəsi 40 m2 olan talvarın altına yığılmış 10 ton ot bağlamasının 3 tonu yanmışdır. Talvar və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

08 fevral 2018-ci il saat 07:30-dək:

Bakı şəhəri, Xətai rayonunda 20 mərtəbəli yaşayış binasının (1-3-cü mərtəbələri qeyri-yaşayış sahəsidir) şaxtasında 60 p.m elektrik kabelləri, zirzəmisində 52 ədəd elektrik sayğacı və çardağının yanar konstruksiyaları 5 m2 sahədə yanmışdır. 13-cü mərtəbədə dəhlizin lambirdən ibarət tavanı 15 m2 sahədə yüksək temperaturdan ərimişdir. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini xilas edilmiş, 20 nəfər təhlükəsiz əraziyə təxliyə edilmişdir. 2 nəfər tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

08 fevral 2018-ci il saat 03:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.