Geri

05 fevral 2018-ci il saat 08:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş vermişdir. Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

Geri

05 fevral 2018-ci il saat 07:45-dək:

Bakı şəhərinin Binəqədi rayonunda bankomatın plastik hissəsi və 2 p.m elektrik naqilləri yanmışdır. Bankomatın qalan hissəsi və ona bitişik ödəmə terminalı yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

05 fevral 2018-ci il saat 05:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər qadın azyaşlı uşağı ilə birlikdə intihar etmək istəyini nümayiş etdirmişdir. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Görülən tədbirlər nəticəsində intihar cəhdinin qarşısı alınmışdır. Əməliyyat başa çatmışdır.

Geri

05 fevral 2018-ci il saat 00:45-dək:

Bakı şəhəri, Nəsimi rayonunda "MAZDA" markalı minik avtomobilinin mühərrikinin yanar hissələri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları, ev əşyaları 20 m2 sahədə və dəhlizinin taxta atmaları 8 m2 sahədə yanmışdır. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Zəngənə kəndində ümumi sahəsi 60 m2 olan qamışdan ibarət tövlə 25 m2 sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Köçəsgər kəndində ümumi sahəsi 150 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünə yığılmış ev əşyaları 7 m2 sahədə yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.