Geri

28 fevral 2018-ci il saat 19:00-dək:

İran bayrağı altında üzən “TARADİS” yük gəmisinin heyət üzvünün axtarışları fevralın 28-də davam etdirilmişdir. Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində aparılan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmisi cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.

Geri

28 fevral 2018-ci il saat 18:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

28 fevral 2018-ci il saat 16:30-dək:

Bakı şəhəri, Səbail rayonunda “İran Khodro” markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

28 dekabr 2017-ci il saat 12:30-dək:

Beyləqan rayonu, Şərq kəndində ümumi sahəsi 75 molan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 50 msahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

28 fevral 2018-ci il saat 07:50-dək:

Quba rayonu, Qəçrəş kəndində "QAZ" markalı minik avtomobilinin mühərriki və qabaq şiti qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür​.
Geri

28 fevral 2018-ci il saat 05:00-dək:

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 50 m2 olan rəngləmə sexinin yanar konstruksiyaları və içərisində  olan "OPEL" markalı avtomobilin yanar hissələri yanmışdır. Bitişik sexlər və yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​
Geri

28 fevral 2018-ci il saat 00:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Nizami rayonunda 3 nəfər azyaşlı giriş qapısının kilidinin sınması nəticəsində evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.