Geri

27 fevral 2018-ci il saat 23:00-dək:

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 32 m2 olan avtomobil təmiri sexində rəf 8 m2 sahədə, ehtiyat hissələri və elektrik kabeli 13 p.m yanmışdır. Yüksək temperaturdan sexdə olan "Nissan" markalı minik avtomobilinin arxa buferi qarsalanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

27 fevral 2018-ci il saat 20:15-dək:

Salyan rayonunda ümumi sahəsi 112 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​
Geri

27 fevral 2018-ci il saat 18:30-dək:

İran bayrağı altında üzən “TARADİS” yük gəmisinin heyət üzvünün axtarışları davam etdirilir. Axtarışlar Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində aparılır. Bu gün aparılan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmisi cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.
Geri

27 fevral 2018-ci il saat 09:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​

Geri

27 fevral 2018-ci il saat 06:45-dək:

Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 34 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğının kəşfiyyatı zamanı mənzildən 1950-ci il təvəllüdlü Katibi Natella Əli qızının yanmış meyiti aşkar olunmuşdur. Yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz yerə təxliyə olunmuşdur. Qonşu mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

27 fevral 2018-ci il saat 05:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər qadın elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirmişdir. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınmışdır. Əməliyyat başa çatmışdır.​

Geri

27 fevral 2018-ci il saat 01:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açmış və orada aşkarlanan 1966-cı il təvəllüdlü Kərimov Niyazi Şəmsəddin oğlunun cəsədini aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır. ​