Geri

06 dekabr 2018-ci il saat 14:00-dək:

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 56 m² olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

06 dekabr 2018-ci il saat 08:30-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 1 m² sahədə mebel və məişət avadanlığı yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Yevlax şəhərinin Gülövşə kəndində ümumi sahəsi 77 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 1,6 ton ot bağlamasının 0,8 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.