Geri

04 dekabr 2018-ci il saat 22:00-dək:

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının şaxtasında 10 p.m elektrik naqilləri yanmışdır. Yanğın zamanı 30 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilmişdir. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 20 m2 olan köməkçi tikilinin tavanı, divar üzlüyü 15 m2 sahədə və içərisində 1 ədəd məişət avadanlığı yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

04 dekabr 2018-ci il saat 17:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

04 dekabr 2018-ci il saat 14:45-dək:

Lənkəran şəhərinin Gərmətük qəsəbəsində ümumi sahəsi 312 m2 olan ikimərtəbəli 6 otaqlı evin damında bacanın ətrafı 5 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

04 dekabr 2018-ci il saat 14:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​

Geri

04 dekabr 2018-ci il saat 08:00-dək:

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 185 m² olan fotostudiyada döşəmə 7 m² sahədə yanmışdır. Zirzəminin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Nizami rayonunda birmərtəbəli tikilinin (anbar kimi fəaliyyət göstərir) zirzəmisində karton taralar 12 m² sahədə yanmışdır. Zirzəminin qalan hissəsi və anbar yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

04 dekabr 2018-ci il saat 07:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Geri

04 dekabr 2018-ci il saat 01:00-dək:

Neftçala rayonunun Həsənabad qəsəbəsində ümumi sahəsi 220 m² olan ikimərtəbəli 7 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 1 otağın tavanı 16 m² sahədə və evə bitişik ümumi sahəsi 30 m² olan tikilinin (dülgər sexi kimi fəaliyyət göstərir) içərisində taxta materiallar və qapı 5 m² sahədə yanmışdır. Evin və tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.