Geri

31 dekabr 2018-ci il saat 21:15-dək:

 

Mingəçevir şəhərində ümumi sahəsi 105 m² olan birmərtəbəli 4 otaqlı evdə yanğınla nəticələnən partlayış baş vermişdir. Partlayış dalğasının təsirindən evin bir tərəfinin daşıyıcı divarı uçmuşdur. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları 50 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən 2 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilmişdir.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Geri

31 dekabr 2018-ci il saat 15:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şirvan şəhərində 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.​

Geri

31 dekabr 2018-ci il saat 14:30-dək:

İsmayıllı rayonunun Talıstan kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanmış, yüksək temperaturdan bir otağın lambirdən ibarət tavanı 5 m² sahədə ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

31 dekabr 2018-ci il saat 14:00-dək:

Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin bir otağında 1 ədəd məişət avadanlığı, mebel və lambirdən ibarət tavan 2 m² sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür; 

Mingəçevir şəhərində dördmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 15 m² olan mənzildə qaz balonunun başlıq hissəsi vəev əşyaları 1 m² sahədə yanmışdır. Yanğın zamanı 1 nəfər xəsarət almışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür; 

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin hamam otağında havatəmizləyici qurğu və su qızdırıcısı yanmış, yüksək temperaturdan 0,5 p.m plastik su boruları ərimişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları yanmışdır. Köməkçi tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

 

Geri

31 dekabr 2018-ci il saat 13:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​

Geri

31 dekabr 2018-ci il saat 10:00-dək:

30.12.2018-ci il tarixində Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində dənizdə batdığı ehtimal olunan 1983-cü il təvəllüdlü Rüstəmova Dilrubə Xalid qızının axtarışları başa çatmışdır. D.Rüstəmovanın meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qruplarının birgə əməliyyatı nəticəsində tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatmışdır.​

Geri

31 dekabr 2018-ci il saat 03:00-dək:

Goranboy rayonunun Qarqucaq kəndində ümumi sahəsi 40 m² olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 8 ton ot bağlamasının 4 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Xızı rayonunun Yeni Yaşma kəndində “BMW” markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş vermişdir. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.