Geri

31 dekabr 2018-ci il saat 03:00-dək:

Goranboy rayonunun Qarqucaq kəndində ümumi sahəsi 40 m² olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 8 ton ot bağlamasının 4 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Xızı rayonunun Yeni Yaşma kəndində “BMW” markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş vermişdir. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.