Geri

30 dekabr 2018-ci il saat 22:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran şəhərində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

30 dekabr 2018-ci il saat 21:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xətai rayonunda mənzildə yıxılan ağırçəkili qadına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olmuşdur. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu göstərilən ünvana gələrək vətəndaşa müvafiq köməklik göstərmişdir. Əməliyyat başa çatmışdır.
Geri

30 dekabr 2018-ci il saat 20:15-dək:

Bərdə rayonunun Divanlı kəndində “Mercedes” markalı mikroavtobusun mühərriki və salonu qismən yanmışdır. Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

30 dekabr 2018-ci il saat 20:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Binəqədi rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili yardım briqadasına təhvil verilməsi barədə müraciət daxil olmuşdur. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilmişdir. Əməliyyat başa çatmışdır.
Geri

30 dekabr 2018-ci il saat 19:30-dək:

Saatlı rayonunda ümumi sahəsi 40 m² olan mağazanın anbarının lambirdən ibarət tavanı 10 m² sahədə və içərisində olan 15 ədəd stul yanmışdır. Anbarın qalan hissəsi və mağaza yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

30 dekabr 2018-ci il saat 17:30-dək:

Beyləqan rayonunun Kəbirli kəndində ümumi sahəsi 55 m² olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 7,5 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

30 dekabr 2018-ci il saat 14:30-dək:

Qax rayonunun Zərnə kəndində ümumi sahəsi 100 m² olan tövlənin çardağı 16 m² sahədə və içərisinə yığılmış 7 ton ot bağlamasının 800 kiloqramı yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Ağcəbədi rayonunda ferma ərazisinə yığılmış 160 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Qax rayonunun Zərnə kəndində ümumi sahəsi 100 m² olan tövlənin çardağı 16 m² sahədə və içərisinə yığılmış 7 ton ot bağlamasının 800 kiloqramı yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Ağcəbədi rayonunda ferma ərazisinə yığılmış 160 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

30 dekabr 2018-ci il saat 13:30-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olmuşdur. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.

Geri

30 dekabr 2018-ci il saat 09:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 45 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanmışdır. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 6 otaqlı evin damında tikilmiş taxta konstruksiyadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları 10 m² sahədə yanmışdır. Yanğın zamanı 1 nəfər xəsarət almışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində mebel 3 m² sahədə və tavan 4 m² sahədə yanmışdır. Yanğın zamanı 1 nəfər xəsarət almışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

30 dekabr 2018-ci il saat 06:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.