Geri

09 noyabr 2018-ci il saat 10:15-dək:

Masallı rayonunun Qızılavar kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin tavanı və çardağı 120 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

09 noyabr 2018-ci il saat 08:00-dək:

Goranboy rayonunun Xanqərvənd kəndində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Şabran rayonunun Rəhimli kəndində ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 4 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonunun Sabiroba kəndində həyətyanı sahəyə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yaxılıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonunun Göyük kəndində "Opel" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

09 noyabr 2018-ci il saat 06:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin barmağında olan üzük sıxılaraq qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri üzüyü kəsmiş və vətəndaşın barmağından çıxararaq zərərçəkmişi aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​