Geri

08 noyabr 2018-ci il saat 19:30-dək:

Bakı şəhərinin Pirallahı rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanmışdır. Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Geri

08 noyabr 2018-ci il saat 18:00-dək:

Ümumi sahəsi 400 m² olan ikimərtəbəli binada yerləşən Göygöl rayon Mədəniyyət Evinin kitabxanasında tavan 4 m² sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Geri

08 noyabr 2018-ci il saat 17:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı kəndi yaxınlığında dənizdə (təxminən 15 km dənizin içinə doğru) 2 nəfərin taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən dərhal Nazirliyin aidiyyəti strukturları və digər dövlət qurumları məlumatlandırılmışdır.

İlk olaraq hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri çatmışdır. İçərisində 2 nəfərin olduğu qayıq xilasetmə qüvvələrinin müşayəti ilə sahilə gətirilmişdir.​

Geri

08 noyabr 2018-ci il saat 16:00-dək:

Qəbələ rayonunun Hacıalılı kəndində “Tofaş” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində nəqliyyat vasitəsinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Astara rayonunun Pensər kəndində ümumi sahəsi 48 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

08 noyabr 2018-ci il saat 15:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı kəndi yaxınlığında dənizdə (təxminən 15 km dənizin içinə doğru) 2 nəfərin (balıqçılar) taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən dərhal Nazirliyin aidiyyəti strukturları və digər dövlət qurumları məlumatlandırılmışdır.

İlk olaraq hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri çatmışdır. İçərisində 2 nəfərin olduğu qayıq xilasetmə qüvvələrinin müşayəti ilə sahilə doğru gətirilir. Əlavə məlumat veriləcək.

Geri

08 noyabr 2018-ci il saat 12:45-dək:

Şəmkir rayonunun Keçili kəndində ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin tavanı 10 m² sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

08 noyabr 2018-ci il saat 11:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

08 noyabr 2018-ci il saat 08:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

08 noyabr 2018-ci il saat 08:00-dək:

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin bir otağında qaz sobasının ətrafı 2 m² sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 64 m2 olan ikimərtəbəli 4 otaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 9 m2 sahədə yanmış, digər otağın əşyaları qismən qarslanmışdır. Yanğının kəşfiyyatı zamanı 1958-ci il təvəllüdlü İslamov Əli Ağasəlim oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunmuşdur. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Bakı şəhərinin Xətai rayonunda "Cadillac" markalı minik avtomobilinin idarəetmə lövhəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.