Geri

30 noyabr 2018-ci il saat 18:30-dək:

Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 96 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 88 m² sahədə yanmışdır. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

30 noyabr 2018-ci il saat 16:45-dək:

­­Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

30 noyabr 2018-ci il saat 16:15-dək:

Mingəçevir şəhərində ümumi sahəsi 70 m² olan tikilinin (çörək bişirmə sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı inzibati bina yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Geri

30 noyabr 2018-ci il saat 02:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində qarajda köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qarajın qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.