Geri

30 noyabr 2018-ci il saat 16:15-dək:

Mingəçevir şəhərində ümumi sahəsi 70 m² olan tikilinin (çörək bişirmə sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı inzibati bina yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Geri

30 noyabr 2018-ci il saat 02:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində qarajda köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qarajın qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.