Geri

31 oktyabr 2018-ci il saat 16:00-dək:

Ağdaş rayonunun Yenikənd kəndində ümumi sahəsi 108 m2 olan birmərtəbəli 4 otaqlı evin tavanı və çardağı 15 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 50 m2 olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin taxtadan ibarət yanar konstruksiyaları 25 m2 sahədə, 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 12 m2 sahədə və bitişik tikilmiş ümumi sahəsi 40 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 18 m2 sahədə yanmışdır. Hər iki evin qalan hissəsi və digər bitişik evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

31 oktyabr 2018-ci il saat 14:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

31 oktyabr 2018-ci il saat 10:45-dək:

Ağdaş rayonunun Dəhnəxəlil kəndində ümumi sahəsi 8 m2 olan dəmir köşkün taxta üzlüyü və içərisinə yığılmış odun yanmışdır. Yaxınlıqdakı tikili yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

31 oktyabr 2018-ci il saat 10:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

31 oktyabr 2018-ci il saat 07:45-dək:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 10 m² olan tikiliyə (dönərxana kimi fəaliyyət göstərir) bitişik 2 ədəd soyuducu və 0.5 m² sahədə reklam lövhəsi yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Hacıqabul rayonunda "QAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.