Geri

31 oktyabr 2018-ci il saat 10:45-dək:

Ağdaş rayonunun Dəhnəxəlil kəndində ümumi sahəsi 8 m2 olan dəmir köşkün taxta üzlüyü və içərisinə yığılmış odun yanmışdır. Yaxınlıqdakı tikili yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

31 oktyabr 2018-ci il saat 10:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

31 oktyabr 2018-ci il saat 07:45-dək:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 10 m² olan tikiliyə (dönərxana kimi fəaliyyət göstərir) bitişik 2 ədəd soyuducu və 0.5 m² sahədə reklam lövhəsi yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Hacıqabul rayonunda "QAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.