Geri

30 oktyabr 2018-ci il saat 18:30-dək:

Salyan rayonunun Sarvan kəndində ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları və altına yığılmış 1 ton ot bağlamasının 600 kiloqramı yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

30 oktyabr 2018-ci il saat 17:30-dək:

Şəmkir rayonunun Zəyəm qəsəbəsində həyətyanı sahəyə yığılmış 10 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli binanın (ticarət mərkəzi kimi fəaliyyət göstərir) zirzəmisində ümumi sahəsi 150 m² olan restoranın yanar konstruksiyaları 30 m² sahədə yanmışdır. Restoranın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

30 oktyabr 2018-ci il saat 12:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.​

Geri

30 oktyabr 2018-ci il saat 09:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

30 oktyabr 2018-ci il saat 08:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 1000 m2 olan tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) içərisində gözətçi otağının yanar konstruksiyaları 30 m2 sahədə yanmışdır. Yanğının kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunmuşdur. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Masallı rayonunun Bədəlan kəndində ümumi sahəsi 356 m² olan ikimərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 100 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə  yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

30 oktyabr 2018-ci il saat 00:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.