Geri

11 oktyabr 2018-ci il saat 21:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi və Nərimanov rayonlarında 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

11 oktyabr 2018-ci il saat 20:30-dək:

Salyan rayonunun Yeni Uluxanlı kəndində ümumi sahəsi 200 m2 olan talvarın taxta atmaları 100 m2 sahədə və talvarın altına yığılmış 30 ton ot bağlamasının 10 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

11 oktyabr 2018-ci il saat 19:30-dək:

Sumqayıt şəhərində ümumi sahəsi 18 m2 olan 1 otaqlı mənzilin mətbəxində sobanın üzərində nəzarətsiz qalmış 1 ədəd məişət əşyası yanmışdır. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunmuşdur. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

11 oktyabr 2018-ci il saat 08:00-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 110 m2 olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin lambirdən ibarət tavanı 20 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Hacıqabul rayonunda “Land Rover" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yol kənarındakı elektrik dirəkləri yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.