Geri

10 oktyabr 2018-ci il saat 09:00-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 550 m² olan tikilinin (kafe və avtoyuma məntəqəsi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 350 m² sahədə yanmışdır. Tikilinin qalan hissəsi və 1 ədəd “QAZ” markalı minik avtomobili yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Saatlı rayonunun Çolpı kəndində ümumi sahəsi 117  olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Ev əşyaları qismən və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

10 oktyabr 2018-ci il saat 07:45-dək:

Qəbələ rayonunun Nohurqışlaq kəndində ümumi sahəsi 52 m² olan tövlənin yanar konsturuksiyaları və damına yığılmış 3 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililəryanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Geri

10 oktyabr 2018-ci il saat 00:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​​