Geri

31 yanvar 2018-ci il saat 13:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

31 yanvar 2018-ci il saat 12:00-dək:

Zərdab rayonu, Şahhüseynli kəndində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 41 m2 sahədə və mətbəxi 9 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Cəfərli kəndində həyətyanı sahəyə yığılmış 7 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.