Geri

31 yanvar 2018-ci il saat 12:00-dək:

Zərdab rayonu, Şahhüseynli kəndində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 41 m2 sahədə və mətbəxi 9 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Cəfərli kəndində həyətyanı sahəyə yığılmış 7 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.