Geri

30 yanvar 2018-ci il saat 22:30-dək:


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Geri

30 yanvar 2018-ci il saat 21:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər tikilməkdə olan çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirmişdir. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Vətəndaşla aparılmış psixoloji söhbətlər nəticəsində o, intihar etmək fikrindən daşınmışdır. Əməliyyat başa çatmışdır.
Geri

30 yanvar 2018-ci il saat 20:30-dək:

Lənkaran şəhəri, Qurumba kəndində ümumi sahəsi 72 m2 olan birmərtəbəli 2 otalı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 32 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

30 yanvar 2018-ci il saat 20:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

30 yanvar 2018-ci il saat 19:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Geri

30 yanvar 2018-ci il saat 11:00-dək:

Sumqayıt şəhərində ümumi sahəsi 25 m2 olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

30 yanvar 2018-ci il saat 08:15-dək:

Mingəçevir şəhərində ümumi sahəsi 50 m2 olan, birmərtəbəli, 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

30 yanvar 2018-ci il saat 07:15-dək:

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 3 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​