Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda “Kia” və “Hyundai” markalı iki minik avtomobili toqquşmuşdur. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən otellərin birində partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuş, aidiyyəti dövlət qurumları məlumatlandırılmışdır. Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüş və xüsusi təlim keçmiş itlər tətbiq olunmaqla binada və ətraf ərazilərdə axtarış işləri aparmışlar. Axtarışlar nəticəsində partlayış təhlükəli əşya və heç bir şübhəli predmet aşkar edilməmişdir.