Geri

02 yanvar 2018-ci il saat 13:00-dək:

Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 25 kv.m olan 1 mərtəbəli 1 otaqlı evin yanar konsturuksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​
Geri

02 yanvar 2018-ci il saat 10:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşa liftdən çıxmağa kömək etmişlər. Əməliyyat başa çatmışdır. ​

Geri

02 yanvar 2018-ci il saat 02:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda “Mitsubishi” markalı minik avtomobili idarəetməni itirərək yol kənarında dayanmş digər 2 avtomobilə çırpılmışdır. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​

Geri

02 yanvar 2018-ci il saat 00:30-dək:

Abşeron rayonunda ümumi sahəsi 40 m2 olan taxta konstruksiyalardan ibarət tövlə 20 m2 sahədə və tövləyə bitişik yığılmış 10 ton ot bağlamasının 5 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

02 yanvar 2018-ci il saat 00:10-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşa liftdən çıxmağa kömək etmişlər. Əməliyyat başa çatmışdır. ​