Geri

02 yanvar 2018-ci il saat 00:30-dək:

Abşeron rayonunda ümumi sahəsi 40 m2 olan taxta konstruksiyalardan ibarət tövlə 20 m2 sahədə və tövləyə bitişik yığılmış 10 ton ot bağlamasının 5 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

02 yanvar 2018-ci il saat 00:10-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşa liftdən çıxmağa kömək etmişlər. Əməliyyat başa çatmışdır. ​