Geri

13 yanvar 2018-ci il saat 16:45-dək:

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü və 2 otağın tavanı 58 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

13 yanvar 2018-ci il saat 13:30-dək:

Goranboy rayonunda ümumi sahəsi 150 m2 olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində 1 otağının tavanı 40 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

13 yanvar 2018-ci il saat 12:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bərdə rayonu, Həsənqaya kəndində 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində evdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri evin qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.​

Geri

13 yanvar 2018-ci il saat 11:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​

Geri

13 yanvar 2018-ci il saat 06:45-dək:

Gədəbəy rayonu, Qoşabulaq kəndində ümumi sahəsi 110 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və damına yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​