Geri

12 yanvar 2018-ci il saat 23:45-dək:

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 80 molan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 msahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 yanvar 2018-ci il saat 16:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açmış və orada aşkarlanan 1964-cü il təvəllüdlü Sivuşkin Dmitriy Gennadiyeviçin cəsədini aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

12 yanvar 2018-ci il saat 15:00-dək:

Abşeron rayonu, Masazır qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evdə 4 m² sahədə döşəmə, xalça və çarpayı yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Sabirabad rayonunda ümumi sahəsi 300 m² olan birmərtəbəli 7 otaq və aynabənddən ibarət evin qamışdan ibarət dam örtüyü 200 m² sahədə və 2 otağın tavanı 80 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Yevlax rayonunda ümumi sahəsi 360 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 50 m² sahədə və dam örtüyü 50 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Cil kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 104 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

12 yanvar 2018-ci il saat 11:10-dək:

Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 30 m² olan digər 1 otaqlı mənzilin yanar konstruksiyaları yanmışdır. Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilmişdir. Qonşu mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 yanvar 2018-ci il saat 10:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər kişi doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirmişdir. Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınmışdır. Əməliyyat başa çatmışdır.

Geri

12 yanvar 2018-ci il saat 08:30-dək:

Daşkəsən rayonu, Qazaxyolçular kəndində ümumi sahəsi 72 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Əyyublu kəndində ümumi sahəsi 200 m2 olan birmərtəbəli evin mətbəxinin tavanı 25 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 yanvar 2018-ci il saat 03:30-dək:

Sabirabad rayonu, Qaratəpə kəndində 10 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.