Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 20 m2 olan qaraj və içərisinə yığılmış məişət əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;
Gədəbəy rayonu, Böyük Qaramurad kəndində ümumi sahəsi 200 m2 olan 7 otaqlı evin çardağı 100 m2 və 2-ci mərtəbədə 1 otağın tavanı 40 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 40 m2 olan ikimərtəbəli saunanın 1-ci mərtəbəsi 20 m2 sahədə yanmışdır. Saunanın 2-ci mərtəbəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli, 7 otaqlı evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 40 m2 sahədə yanmışdır. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;
Qazax rayonu, Çaylı kəndində ümumi sahəsi 120 m2 olan birmərtəbəli, 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 24 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Beyləqan rayonu, Əlinəzərli kəndində 14 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;
Masallı rayonu, Kalinovka kəndində hər mərtəbəsi 160 m2 olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın, mətbəxin, dəhlizin yanar konstruksiyaları 130 m2 sahədə, 2-ci mərtəbədə 2 otağın, dəhlizin və dam örtüyünün yanar konstruksiyaları 160 m2 sahədə yanmışdır. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Səbail rayonunda "Peugeot" markalı minik avtomobilinin yanar hissələri və "Mercedes" markalı minik avtomobilin ön hissəsi və 2 təkəri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;
Astara rayonunda ümumi sahəsi 240 m2 olan birmərtəbəli kommunal tipli yaşayış evində, ümumi sahəsi 38 m2 olan 2 otaqlı mənzilə əlavə tikilmiş sahəsi 15 m2 olan köməkçi otağın yanar konstruksiyaları yanmışdır. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti almışdır. Yanğından bitişik mənzil mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşlara liftdən çıxmağa kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Gəncə şəhəri, Nizami rayonunda hər mərtəbəsi 1500 m2 olan ikimərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 16 m2 olan mətbəxin tavanı 16 m2 sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;
Balakən rayonu, Katex kəndində ümumi sahəsi 40 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 15 m2 sahədə və içərisinə yığılmış 1 ton ot bağlamasının 400 kiloqramı yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşa liftdən çıxmağa kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 5 m2 olan köməkçi tikilinin içərisinə yığılmış 4 m2 sahədə təsərrüfat malları yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;
İmişli rayonu, Ağaməmmədli kəndində 15 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;
İmişli rayonu, Mürsəlli kəndində 7 ton ot bağlamasının 3.5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;
Bərdə rayonu, Lənbəran kəndində ümumi sahəsi 126 m2 olan talvarın yanar konstruksiyaları 90 m2 sahədə və altına yığılmış 13 ton ot bağlamasının 8 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;
Şəki rayonu, Cəfərabad kəndində ümumi sahəsi 42 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 2 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.