Geri

30 sentyabr 2017-ci il saat 19:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər azyaşlı zirzəmidə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Gəncə Regional Mərkəzinin xilasediciləri qapını açmış və uşaqı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

30 sentyabr 2017-ci il saat 16:20-dək:

Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 350 m2 olan ikimərtəbəli 4 otaqlı evin hamamında lambirdən ibarət tavan 5 m2 sahədə və evin çardağı 10 m2 sahədə yanmışdır. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

30 sentyabr 2017-ci il saat 10:45-dək:

Göyçay rayonu, Qarabaqqal kəndində “Otoyol” markalı avtobusunun yanar hissələri yanmışdır. Yol kənarındakı elektrik dirəyi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 sentyabr 2017-ci il saat 04:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

30 sentyabr 2017-ci il saat 01:50-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların liftdən çıxmasına kömək etmişlər.Əməliyyat başa çatmışdır.