Geri

29 sentyabr 2017-ci il saat 19:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

29 sentyabr 2017-ci il saat 19:30-dək:

Xaçmaz rayonunda çörək sexinin tüstü bacasının ətrafı 4 m2 sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 sentyabr 2017-ci il saat 18:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri mənzilin qapısını açmış vəvətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

29 sentyabr 2017-ci il saat 18:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri mənzilin qapısını açmış və uşağı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

29 sentyabr 2017-ci il saat 11:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildəbağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri mənzilin qapısını açmış və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

29 sentyabr 2017-ci il saat 08:00-dək:

Beyləqan rayonunun Birinci Şahsevən kəndində transformatorun yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonunda ümumi sahəsi 60 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.