Geri

14 sentyabr 2017-ci il saat 20:30-dək:

Quba rayonu, Barlı kəndində 9 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonunun Tircan kəndi yaxınlığında 1 ha sahədə quru ot, kol-kos və qurumuş ağac qalıqları yanmışdır. Yanğının meşə ərazisinə keçməsinin qarşısı alınmışdır. Yanğın saat 19:35-də söndürülmüşdür.

Geri

14 sentyabr 2017-ci il saat 19:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:26-da başa çatmışdır.

Geri

14 sentyabr 2017-ci il saat 18:30-dək:

Masallı şəhərində dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 32 molan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 4 msahədə və 1 ədəd pəncərə çərçivəsi yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 sentyabr 2017-ci il saat 18:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:17-də başa çatmışdır.

Geri

14 sentyabr 2017-ci il saat 15:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:25-də başa çatmışdır.

Geri

14 sentyabr 2017-ci il saat 15:00-dək:

Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 220 molan  karton istehsalı sexinin içərisində 1 ədəd dəzgah və 30 msahədə karton tullantıları yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 sentyabr 2017-ci il saat 09:30-dək:

Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı 10 m2 sahədə və ev əşyaları 5 m2 sahədə yanmış, yüksək temperaturdan digər otaqda olan əşyalar qismən qarsalamışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 sentyabr 2017-ci il saat 08:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 07:36-da başa çatmışdır.

Geri

14 sentyabr 2017-ci il saat 07:45-dək:

Bərdə rayonu, Mustafaağalı kəndində 3 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində “Mercedes“ markalı mikroavtobus ilə “Kamaz” markalı yük avtomobilinin toqquşması nəticəsində yol qəzası baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq “Mercedes“ markalı mikroavtobusda sıxılmış vəziyyətdə qalmış sərnişinin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 04:00-da başa çatmışdır.

Geri

14 sentyabr 2017-ci il saat 02:00-dək:

Biləsuvar rayonunda ümumi sahəsi 144 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 3 m2 sahədə yanmışdır. Yanğın zamanı ev sahibi tüstüdən zəhərlənmiş və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 sentyabr 2017-ci il saat 01:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin barmağında dəmir halqanın sıxılaraq qalması barədə məlumat daxil olmuşdur. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq dəmir halqanı kəsmiş və vətəndaşın barmağından çıxarmışlar. Əməliyyat saat 00:29-da başa çatmışdır.

Geri

14 sentyabr 2017-ci il saat 00:30-dək:

Ucar rayonunda ümumi sahəsi 180 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın zamanı ev sahibi müxtəlif yanıq xəsarətləri almış və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.