Geri

14 sentyabr 2017-ci il saat 07:45-dək:

Bərdə rayonu, Mustafaağalı kəndində 3 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində “Mercedes“ markalı mikroavtobus ilə “Kamaz” markalı yük avtomobilinin toqquşması nəticəsində yol qəzası baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq “Mercedes“ markalı mikroavtobusda sıxılmış vəziyyətdə qalmış sərnişinin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 04:00-da başa çatmışdır.

Geri

14 sentyabr 2017-ci il saat 02:00-dək:

Biləsuvar rayonunda ümumi sahəsi 144 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 3 m2 sahədə yanmışdır. Yanğın zamanı ev sahibi tüstüdən zəhərlənmiş və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 sentyabr 2017-ci il saat 01:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin barmağında dəmir halqanın sıxılaraq qalması barədə məlumat daxil olmuşdur. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq dəmir halqanı kəsmiş və vətəndaşın barmağından çıxarmışlar. Əməliyyat saat 00:29-da başa çatmışdır.

Geri

14 sentyabr 2017-ci il saat 00:30-dək:

Ucar rayonunda ümumi sahəsi 180 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın zamanı ev sahibi müxtəlif yanıq xəsarətləri almış və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.