Geri

13 avqust 2017-ci il saat 18:50-dək:

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Sumqayıt şəhəri, Corat qəsəbəsində 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 18:20-də başa çatmışdır.

Geri

13 avqust 2017-ci il saat 18:40-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 18:20-də başa çatmışdır.

Geri

13 avqust 2017-ci il saat 17:10-dək:

Quba rayonu, Qımılqışlaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 m2 olan tövlənin yanar konstruksiyaları və tövlənin çardağına yığılmış 8 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 avqust 2017-ci il saat 17:00-dək:

12.08.2017-ci il tarixində Xaçmaz rayonu, Müqtədir qəsəbəsində dənizdə batmış, 2008-ci il təvəllüdlü Seyidov Ayaz Füzuli oğlunun cəsədi 13.08.2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmışdır. Əməliyyat saat 16:45-də başa çatmışdır.

Geri

13 avqust 2017-ci il saat 15:50-dək:

Şabran rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yol kənarındakı elektrik dirəyi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 avqust 2017-ci il saat 14:30-dək:

Lənkəran rayonu, Boladı kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Daş Salahlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə və tövləyə bitişik yığılmış 15 ton ot bağlamasının 6 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 avqust 2017-ci il saat 13:40-dək:

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Xaçmaz rayonu, Nabran kəndində 1 nəfərin dənizdə çimərkən batması barədə məlumat daxil olmuşdur. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, 1993-cü il təvəllüdlü Əliyeva Oksananın cəsədini taparaq sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:50-də başa çatmışdır.

Geri

13 avqust 2017-ci il saat 13:10-dək:

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Xaçmaz rayonu, Nabran kəndində 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 11:50-də başa çatmışdır.

Geri

13 avqust 2017-ci il saat 09:40-dək:

Şəki rayonu, Sarıca kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 45 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 avqust 2017-ci il saat 08:30-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan sexin yanar konstruksiyaları, icərsində olan materiallar və 5 ədəd dəzgah yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Qobu qəsəbəsində vətəndaşa məxsus ümümi sahəsi 80 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdir. Yaxınlığdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Kür qəsəbəsində ümumi sahəsi 200 m2 olan mağazada 2 ədəd vitrin soyuducusu yanmış, yüksək temperaturdan lambirdən ibarət tavan 10 m2 sahədə ərimişdir. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Bolsulu kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 9 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot  bağlamasının qalan hissəsi və bitişik ümumi sahəsi 48 m2 olan tövlə yanğından mühafizə olunmuşdur. Yanğın zamanı tövlədə olan 7 baş iri buynuzlu heyvan xilas olunmuşdur. Yanğın saat 07:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.