Geri

13 avqust 2017-ci il saat 17:10-dək:

Quba rayonu, Qımılqışlaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 m2 olan tövlənin yanar konstruksiyaları və tövlənin çardağına yığılmış 8 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 avqust 2017-ci il saat 17:00-dək:

12.08.2017-ci il tarixində Xaçmaz rayonu, Müqtədir qəsəbəsində dənizdə batmış, 2008-ci il təvəllüdlü Seyidov Ayaz Füzuli oğlunun cəsədi 13.08.2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmışdır. Əməliyyat saat 16:45-də başa çatmışdır.

Geri

13 avqust 2017-ci il saat 15:50-dək:

Şabran rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yol kənarındakı elektrik dirəyi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 avqust 2017-ci il saat 14:30-dək:

Lənkəran rayonu, Boladı kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Daş Salahlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə və tövləyə bitişik yığılmış 15 ton ot bağlamasının 6 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 avqust 2017-ci il saat 13:40-dək:

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Xaçmaz rayonu, Nabran kəndində 1 nəfərin dənizdə çimərkən batması barədə məlumat daxil olmuşdur. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, 1993-cü il təvəllüdlü Əliyeva Oksananın cəsədini taparaq sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:50-də başa çatmışdır.

Geri

13 avqust 2017-ci il saat 13:10-dək:

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Xaçmaz rayonu, Nabran kəndində 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 11:50-də başa çatmışdır.

Geri

13 avqust 2017-ci il saat 09:40-dək:

Şəki rayonu, Sarıca kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 45 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 avqust 2017-ci il saat 08:30-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan sexin yanar konstruksiyaları, icərsində olan materiallar və 5 ədəd dəzgah yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Qobu qəsəbəsində vətəndaşa məxsus ümümi sahəsi 80 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdir. Yaxınlığdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Kür qəsəbəsində ümumi sahəsi 200 m2 olan mağazada 2 ədəd vitrin soyuducusu yanmış, yüksək temperaturdan lambirdən ibarət tavan 10 m2 sahədə ərimişdir. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Bolsulu kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 9 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot  bağlamasının qalan hissəsi və bitişik ümumi sahəsi 48 m2 olan tövlə yanğından mühafizə olunmuşdur. Yanğın zamanı tövlədə olan 7 baş iri buynuzlu heyvan xilas olunmuşdur. Yanğın saat 07:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.