Geri

13 avqust 2017-ci il saat 09:40-dək:

Şəki rayonu, Sarıca kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 45 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 avqust 2017-ci il saat 08:30-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan sexin yanar konstruksiyaları, icərsində olan materiallar və 5 ədəd dəzgah yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Qobu qəsəbəsində vətəndaşa məxsus ümümi sahəsi 80 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdir. Yaxınlığdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Kür qəsəbəsində ümumi sahəsi 200 m2 olan mağazada 2 ədəd vitrin soyuducusu yanmış, yüksək temperaturdan lambirdən ibarət tavan 10 m2 sahədə ərimişdir. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Bolsulu kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 9 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot  bağlamasının qalan hissəsi və bitişik ümumi sahəsi 48 m2 olan tövlə yanğından mühafizə olunmuşdur. Yanğın zamanı tövlədə olan 7 baş iri buynuzlu heyvan xilas olunmuşdur. Yanğın saat 07:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.