Geri

12 avqust 2017-ci il saat 19:10-dək:

Zaqatala rayonu, Göyəm kəndində vətəndaşlara məxsus fındıq  bağlarında ümumilikdə 2.3 ha quru ot və 65 ədəd fındıq ağacı yanmışdır. Bağların qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

12 avqust 2017-ci il saat 18:30-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonu ərazisində günün ayrı-ayri vaxtlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 3 nəfər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən xilas olunmuşdur.

Geri

12 avqust 2017-ci il saat 16:10-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonu ərazisində günün ayrı-ayrı vaxtlarında dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 5 nəfər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən xilas olunmuşdur.

Geri

12 avqust 2017-ci il saat 14:10-dək:

Bakı şəhəri, Nizami rayonunda "Daewoo" markalı sərnişin avtobusunun arxa  təkəri yanmışdır. Avtobusun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın zamanı xəsarət alan olmamışdır. Yanğın saat 12:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

12 avqust 2017-ci il saat 14:00-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər (xarici vətəndaş) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 13:30-də başa çatmışdır.

Geri

12 avqust 2017-ci il saat 13:00-dək:

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir su anbarında (ən yaxınlıqdakı məntəqədən 300 m aralıda, nəzarətsiz ərazidə) 2 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Xidmətin xilasediciləri vətəndaşları sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:15-də başa çatmışdır.

Geri

12 avqust 2017-ci il saat 08:45-dək:

Sabirabad rayonu, Əliləmbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 120 m² sahədə yanmışdır. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​
Geri

12 avqust 2017-ci il saat 08:00-dək:

Şamaxı rayonu, Qaleybuğurd kəndində vətəndaşa məxsus həyətyanı sahədə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı digər ot tayası və yaşayış evi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonu, Aşağı Ləki kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 9 ton ot bağlamasının 7 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:57-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​

Geri

12 avqust 2017-ci il saat 06:30-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu ərazisində “Kamaz” markalı yük avtomobili yol kənarındakı ağaca çırpılması nəticəsində yol qəzasının baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Şimal-Qərb Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 04:40-da başa çatmışdır.​

Geri

12 avqust 2017-ci il saat 02:10-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:31-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:38-də başa çatmışdır.​

Geri

12 avqust 2017-ci il saat 02:00-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 01:40-da başa çatmışdır.​