Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 28 m2 olan dəmir konstruksiyadan ibarət qarajın içərisinə yığılmış 1 ədəd "Beko" markalı kondisioner və 1 ədəd xalça qismən yanmışdır. Qarajın içərisindəki “Ford” markalı avtomobil yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Mingəçevir şəhərində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 15 m2 olan taxta konstruksiyalardan ibarət yardımçı tikilinin yanar konstruksiyaları və ətrafında məişət tullantıları 27 m2 sahədə yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Saatlı şəhərində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 56 m2 olan taxta konstruksiyadan ibarət tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 1.2 ton ot bağlamasının 0.2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədiylə özünü dənizə atmış və boğulmaq təhlükəsi ilə üzləşmişdir. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilmiş və vətəndaş xilas edilmişdir. Əməliyyat saat 10:25-də başa çatmışdır.
Biləsuvar rayonu, Aşağı Cürəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 135 m2 olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Hacıqabul şəhərində vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin salonunun yanar hissələri yanmışdır. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda 5 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:46-da başa çatmışdır.