Geri

31 iyul 2017-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Biləsuvar rayonu, Aşağı Cürəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 135 m2 olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Hacıqabul şəhərində vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin salonunun yanar hissələri yanmışdır. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2017-ci il saat 01:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda 5 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:46-da başa çatmışdır.​