Geri

31 may 2017-ci il saat 20:15-dək, ilkin məlumata əsasən:

Salyan rayonu, Yenikənd kəndində vətəndaşa məxsus “Mercedes” markali yük avtomobilinin banına yığılmış 6 ton ot bağlamasının 2,5 tonu yanmışdır. Avtomobil və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 may 2017-ci il saat 17:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 28 m2 olan dəmir konstruksiyalardan ibarət konteynerin plastik üzlüyü və içərisində olan əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 may 2017-ci il saat 17:00-dək, ilkin məlumata əsasən:

Hacıqabul şəhərində vətəndaşa məxsus ümumi sahəsi 45 m2 olan talvarın yanar konstruksiyaları 20 m2 sahədə və altına yığılmış 1 ton ot bağlamasının 0.5 tonu, digər vətəndaşa məxsus həyətyanı sahədə isə 200 m2 kol-kos yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

31 may 2017-ci il saat 12:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 11:14-də başa çatmışdır.

Geri

31 may 2017-ci il saat 10:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları 45 m2 sahədə yanmış, yüksək temperaturdan kafenin lambirdən ibarət tavanı ərimişdir. Kafenin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 may 2017-ci il saat 08:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 08:18-də başa çatmışdır.
Geri

31 may 2017-ci il saat 03:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

31 may 2017-ci il saat 00:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfər vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 21:33-də başa çatmışdır;
 
Astara rayonu, Kokolos kəndində vətəndaşa məxsus ümumi sahəsi 32 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 1,6 ton ot bağlamasının 600 kq-ı yanmışdır. Ot bağlamasının qalan hissəsi və tövləyə bitişik olan talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​