Geri

31 may 2017-ci il saat 08:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 08:18-də başa çatmışdır.
Geri

31 may 2017-ci il saat 03:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

31 may 2017-ci il saat 00:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfər vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 21:33-də başa çatmışdır;
 
Astara rayonu, Kokolos kəndində vətəndaşa məxsus ümumi sahəsi 32 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 1,6 ton ot bağlamasının 600 kq-ı yanmışdır. Ot bağlamasının qalan hissəsi və tövləyə bitişik olan talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​