Geri

30 may 2017-ci il saat 22:00-dək, ilkin məlumata əsasən:

İmişli rayonu, Yalavac kəndində vətəndaşa məxsus ümumi sahəsi 142 m2  olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 75 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı  şəhəri, Xətai  rayonunda mənzildə 1 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 20:37-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı  şəhəri, Yasamal  rayonunda mənzildə 1 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 21:14-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1959-cü il təvəllüdlü Allahverdiyeva İntizar Bəhrəm qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 21:30-da başa çatmışdır.

Geri

30 may 2017-ci il saat 20:00-dək, ilkin məlumata əsasən:

Samux rayonunda vətəndaşa məxsus “MTZ” markalı traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanmışdır. İkinci qoşqu və qoşquya yığılmış 3 ton ot bağlaması yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

30 may 2017-ci il saat 15:40-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 molan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın zamanı tövlədən 16 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən çıxarılmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​
Geri

30 may 2017-ci il saat 14:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:02-də başa çatmışdır.​
Geri

30 may 2017-ci il saat 13:10-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Rüdəkənar kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 may 2017-ci il saat 08:10-dək, ilkin məlumata əsasən:

Lerik rayonunda mərkəzi bazarın ərazisində bir dam altında tikilmiş, ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 73 m2 olan 3 geyim mağazalarının yanar konstruksiyaları yanmışdır. Bitişik mağazalar yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.