Geri

19 may 2017-ci il saat 18:30-dək, ilkin məlumata əsasən:

Masallı şəhərində beş vətəndaşa məxsus, ümumi sahəsi 770 m2 olan, bir çardaq altında tikilmiş fərdi yaşayış evlərinin yanar konstruksiyaları və əşyaları 325 m2 sahədə, dam örtüyü 90 m2 sahədə yanmışdır. Evlərin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

19 may 2017-ci il saat 15:30-dək, ilkin məlumata əsasən:

Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli, 7 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 16 m2 sahədə və içərisindəki əşyalar yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

19 may 2017-ci il saat 07:00-dək, ilkin məlumata əsasən:

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 molan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 80 m2 sahədə və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 250 molan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 2 msahədə yanmışdır. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

19 may 2017-ci il saat 06:40-dək, ilkin məlumata əsasən:

İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

19 may 2017-ci il saat 06:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda 2 ədəd yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli XilasetməXidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:49-da başa çatmışdır.