Geri

19 may 2017-ci il saat 07:00-dək, ilkin məlumata əsasən:

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 molan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 80 m2 sahədə və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 250 molan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 2 msahədə yanmışdır. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

19 may 2017-ci il saat 06:40-dək, ilkin məlumata əsasən:

İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

19 may 2017-ci il saat 06:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda 2 ədəd yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli XilasetməXidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:49-da başa çatmışdır.