Geri

29 aprel 2017-ci il saat 10:30-dək, ilkin məlumata əsasən:

Goranboy rayonu, Zeyvə kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə və damına yığılmış 2 ton ot bağlamasının 1 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 aprel 2017-ci il saat 07:30-dək, ilkin məlumata əsasən:

Beyləqan rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 molan dəmir konstruksiyalardan ibarət köməkçi tikilinin taxta üzlüyü 15 msahədə və içərisinə yığılmış 15 msahədə taxta qırıntıları yanmışdır. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tikilinin içərisində olan həcmi 5 litr və iki ədəd həcmi 40 litr olan məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Qaradəmirçi kəndində vətəndaşa məxsus ümumi sahəsi 35 molan tövlənin qamışdan ibarət tavanı yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 aprel 2017-ci il saat 01:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:38-də başa çatmışdır.

Geri

29 aprel 2017-ci il saat 00:15-dək, ilkin məlumata əsasən:

Qəbələ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1750 m2 olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 100 m2 sahədə, içərisində yığılmış 2 ton ot bağlamasının 1 tonu və 300 kq arpa yanmışdır. Tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Seyidbazar kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 216 m2 sahədə yanmışdır. Evin bir otağı və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını valideynlərinə təhvil vermişlər. Əməliyyat saat 23:18-də başa çatmışdır.