Geri

21 aprel 2017-ci il saat 10:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 8-ci km-də “VAZ” və “Volkswagen” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi və köməyə ehtiyac olması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 09:15-də başa çatmışdır.

Geri

21 aprel 2017-ci il saat 10:00-dək, ilkin məlumata əsasən:

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan sexin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə yanmışdır. Sexin qalan yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

21 aprel 2017-ci il saat 09:20-dək, ilkin məlumata əsasən:

Tovuz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan taxta konstruksiyadan ibarət tikilinin yanar konstruksiyaları və ərazidə 20 m2 sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

21 aprel 2017-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 75 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m2 sahədə yanmışdır. Yüksək temperaturdan digər 2 otağın tavanı 45 m2 sahədə ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan hinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.